Xəbər Lenti
Kontra istefa verdi
21-11-2019, 08:25

Kontra istefa verdi

07 noy 10:04Gündəm / Sosial / Bölgə

Şəki Regional Debat Mərkəzinin 7 illiyi qeyd olunub

Noyabrın 3-də Şəki Olimpik Oteldə Şəki Regional Debat Mərkəzinin fəaliyyətinin 7-ci ilinə həsr olunan hesabat konfransı və “Şəki Gəncliyinin Dostu – 2019”-un təqdimat mərasimi keçirilib.

Tədbirdə Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, YAP Şəki Gənclər Təşkilatının sədri Ziyad Əliəkbərli, Şəki şəhər Təhsil Şöbəsi, Məram Gənclik İnkişaf Mərkəzi, Şəki Dövlət Regional kolleci, Şəki şəhər 10 saylı məktəb, Azərbaycan Skautlar Şəki Təşkilatının nümayəndələri və bir çox qonaqlar iştirak edib. 

Tədbirdə son bir il ərzində keçirilən daxili turnir, forum, təlimlər barədə hesabat video-çarx nümayiş olunub. Həmçinin Şəki Regional Debat Mərkəzinin fəaliyyətini dəstəkləyən qurumlar mükafatlandırılıb.

Milli Debat Proqramı Respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəliyi özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 45.000-dən artıq gənc iştirak etmiş, maariflənmişdir. Milli Debat Proqramı çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hər il mütamadi olaraq həyata keçirilən “Respublika Gənclər Debat Forumu” Respublikanın paytaxtı Bakı şəhərini və 13 regionunu (Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir, Qazax, Ağdam, Biləsuvar, Şirvan və Sabirabad rayon və şəhərləri) əhatə edir. 
Fərid Səfərov