Xəbər Lenti
Əfsanəvi aktrisa vəfat etdi
14-11-2019, 09:10

Əfsanəvi aktrisa vəfat etdi

Feysbukdan daha bir yenilik
13-11-2019, 08:46

Feysbukdan daha bir yenilik

14 okt 07:48Gündəm

Arif Hacılı yenidən başqan oldu - Yenilənib

Müsavat Partiyasının IX qurultayı başlayıb.
Merhemetciragi.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qurultay “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) keçirilir.
Müsavat Partiyasının başqanı postuna namizədlər hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.
Çıxışlar başa çatdıqdan sonra səsvermə prosesi başlayıb.
***
Partiya rəhbəri postuna keçirilən səsvermə başa çatıb. Hazırda nəticələr hesablanır. 
***
Səsvermənin nəticələrinə görə, Arif Hacılı yenidən başqan seçilib. 333 etibarlı bülletendən 51-də Tofiq Yaqublunun, 20-də Yadigar Sadıqlının, 262-də isə Arif Hacılının adı olub. Hacılı səs çoxluğu ilə qalib gəlib.