Xəbər Lenti
“Kuzgun” finala getdi
17-10-2019, 09:29

“Kuzgun” finala getdi

Ronaldo 1-ci, Messi 2-ci oldu
17-10-2019, 09:08

Ronaldo 1-ci, Messi 2-ci oldu

“Rəqibə imkan vermədik”
16-10-2019, 08:27

“Rəqibə imkan vermədik”

Bu rayonlarda qaz olmayacaq
15-10-2019, 10:58

Bu rayonlarda qaz olmayacaq

Atəşkəs 21 dəfə pozulub
15-10-2019, 10:56

Atəşkəs 21 dəfə pozulub

Sürücülərin diqqətinə!
15-10-2019, 10:54

Sürücülərin diqqətinə!

05 okt 11:04Gündəm

Təhsil naziri müəllimləri təbrik etdi

Təhsil naziri Ceyhun Bayramovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. 
Təbrikdə deyilir: 
“Əziz müəllimlər!
Müəllim elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla çəkilir. Müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir.
Gündəlik həyatımızda hər bir uğurun, inkişafın təməlində məhz müəllim dayanır.
Bu gün bütün dünyada qeyd olunan 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü cəmiyyətin memarları olan insanların böyük zəhmətini və dəyərli fəaliyyətini vurğulamaq üçün bir imkandır.
Son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən davamlı tədbirlər bu peşəyə marağın əhəmiyyətli şəkildə artmasına, müəllim nüfuzunun yüksəlməsinə səbəb olub. Sevindirici haldır ki, pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərimizin sayı ildən-ilə artır.
Müəllim daim öyrənməli, yeniliklərə açıq olmalı, bilik və bacarıqlarını təkmilləşdirməlidir. Bu yolda bizi irəli aparan Sizlərə bilikli və milli-mənəvi dəyərlərə sahib olan vətəndaş yetişdirmək kimi şərəfli işinizdə uğurlar arzulayıram!
Peşə bayramınız mübarək!”.