Xəbər Lenti
“Kuzgun” finala getdi
17-10-2019, 09:29

“Kuzgun” finala getdi

Ronaldo 1-ci, Messi 2-ci oldu
17-10-2019, 09:08

Ronaldo 1-ci, Messi 2-ci oldu

“Rəqibə imkan vermədik”
16-10-2019, 08:27

“Rəqibə imkan vermədik”

Bu rayonlarda qaz olmayacaq
15-10-2019, 10:58

Bu rayonlarda qaz olmayacaq

Atəşkəs 21 dəfə pozulub
15-10-2019, 10:56

Atəşkəs 21 dəfə pozulub

Sürücülərin diqqətinə!
15-10-2019, 10:54

Sürücülərin diqqətinə!

08 avq 10:32Gündəm / Sosial / Hadisə

Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - YENİLƏNİB

Sumqayıt yolunda zəncirvari qəzaya “Daewoo” və “İsuzu” markalı nəqliyyat vasitələrinin toqquşması səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza zamanı bir neçə minik maşını da ziyan görüb:

“Daewoo” markalı, 99 LR 63 dövlət nömrə nişanlı və “İsuzu” markalı, H029237 nömrə nişanlı maşınlar toqquşub. Bir neçə minik maşını isə həmin maşınlara çırpılıb.

Hadisə yerində hazırda evakuatorlar işləyir. Yüngül xəsarət alanlar var. Əməkdaşlar çalışır ki, maşınları yoldan mümkün qədər tez çıxarsınlar, nəqliyyatın normal hərəkəti bərpa edilsin”.

09:02

Səhər saatlarında turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusu toqquşub.

Hadisə Xırdalan dairəsi adlanan ərazidə baş verib. 

Baş Dövlət Yol Polisi İdarəsindən saytımıza bildirilib ki, Bakı-Sumqayıt yolu qəza səbəbindən bağlanıb:

“Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan avtobus toqquşub. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü idarəetməni itirərək, sərnişin avtobusuna çırpılıb. 

Hadisə nəticəsində ölən olmayıb. Yüngül xəsarət alanlar var. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq. Gün ərzində Bakı-Sumqayıt magistralı da açılacaq”.