Xəbər Lenti
Atəşkəs 24 dəfə pozuldu
11-11-2019, 10:55

Atəşkəs 24 dəfə pozuldu

TƏBRİK EDİRİK!!!
11-11-2019, 09:09

TƏBRİK EDİRİK!!!

27 apr 11:11Gündəm / Siyasət / Sosial / Dünya

İlham Əliyev Çində

Aprelin 26-da Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanımın adından ikinci "Bir kəmər-bir yol" Beynəlxalq Forumunda iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.

25.04.2019 11:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China Poly Group” Korporasiyasının sədri Su Nianşa ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

11:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

08:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində “Huawei” şirkətinin sədri Lian Xua ilə görüşüb.
Bu barədə AZƏRTAC xəbər verir. 

24 aprel, 17:47
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevPekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşüb.
AZƏRTAC xəbər verir ki, Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrimizə töhfə verdiyini bildirib.
“Bir kəmər, bir yol” layihəsinin hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu deyən Van Yan Azərbaycanın və Çinin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, ölkələrimiz birgə səylərlə siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməlidir.
Prezident İlham Əliyev ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın olduğunu bildirib. Azərbaycanın Çin dövləti başçısının təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinə mühüm əhəmiyyət verdiyini, bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən olduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi önəm verilir.
Prezident İlham Əliyev ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə təşəkkür edib, bunu Azərbaycana olan hörmətin və dostluğun nümunəsi kimi qiymətləndirib. Dövlətimizin başçısı bu səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına ciddi təkan verəcəyini bildirib.
Söhbət zamanı Çin-Azərbaycan münasibətlərinin və iqtisadi sahədə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, investisiya qoyuluşu və digər məsələlər müzakirə olunub.

11:34
Prezident İlham Əliyev aprelin 24-də Pekində “CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.
Bu barədə AZƏRTAC məlumat yayıb.

10:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “ZTE” Korporasiyasının sədri Li Zixue ilə görüşüb.
Bu barədə AZƏRTAC məlumat yayıb.

07:54
Prezident İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gedib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşılayıblar.